Ermənilər vurulan helikopterə yaxınlaşa bilmir
Məlumata əsasən erməni tərəfi erməni tərəfi sabah keçirilən monitorinqin vurulan helikopterin düşdüyü ərazidə keçirilməsini istəyir: “Əks halda monitorinqin mənası olmayacaq”.
Qeyd edək ki, ayın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan Respublikası Silahlı Qüvvələrinə məxsus Mi-24 tipli helikopteri döyüş kursuna enərək mövqelərimizə hücum edib. Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib.
Hazırda vurulan düşmən helikopterinin qalıqları müdafiənin ön xəttindən 500 metr qarşıdakı əraziyə düşüb.
Eldar Tanrıverdiyev