Obama: “Rusiya başqa yol seçməlidir”

Obama: “Rusiya başqa yol seçməlidir”
  17 Noyabr 2014    Oxunub:2712
Rusiya Ukrayna ilə bağlı siyasətini dəyişməyənə qədər ona qarşı sanksiyalar davam edəcək.
AzVision.az-ın “Reuters”ə istinadən xəbər verir ki, bu barədə çıxışı zamanı ABŞ prezidenti Barak Obama Avstraliyanın “Brisben” şəhərində keçirilən “G20” sammitində çıxışı zamanı bildirib.

“Rusiya başqa yol seçməlidir. O, Ukraynanın suverenliyinə hörmət etməlidir. Əgər bu baş versə, mən sanksiyaların ləğv edilməsini ilk təklif edəcək insan olacam” – deyə, ABŞ prezidenti vurğulayıb.

Böyük Britaniya baş naziri Devid Kemeronda Rusiya ilə bağlı oxşar bəyanat səsləndirib: “Rusiya anlamalıdır ki, ABŞ və Avropa Ittifaqı arasında Avropada dondurulmuş münaqişələrin olmamasına dair fikri birliyi mövcuddur”.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti