Poroşenko Rusiya ilə müharibəyə hazırlaşır

Poroşenko Rusiya ilə müharibəyə hazırlaşır
  17 Noyabr 2014    Oxunub:1823
Ukrayna münaqişə istəmir, lakin total müharibə də daxil olmaqla hadisələrin müxtəlif cür inkişafına hazırdır.
AzVision.az-ın məlumatına görə, bu barədə Ukrayna lideri Pyotr Poroşenko Almaniyanın “Bild” qəzetinə müsahibəsində bildirib.

“Mən Rusiya ilə müharibədən qorxmuram və biz total müharibə ssenarisini hazırlamışıq. Biz ordumuz beş ay əvvələ nisbətən daha yaxşı vəziyyətdədir və bütün dünya bizi dəstəkləyir. Biz sülh istəyirik, lakin təəssüflər olsun ki, biz ən pis ssenariləri də nəzərdən keçirməliyik”, - deyə Poroşenko vurğulayıb.

Qeyd edək ki, daha əvvəl Poroşenko dəfələrlə müharibə istəmədiyini və üçüncü dünya müharibəsinin başlanmasının qarşısını alacağını bildirirdi.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti