Ukraynada 7 əsgər öldürülüb

Ukraynada 7 əsgər öldürülüb
  15 Noyabr 2014    Oxunub:1523
Son 24 saat ərzində 7 Ukrayna hərbçisi öldürülüb.
AzVision.az “UNAİN”a istinadən verdiyi xəbərə görə, Bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Xidmətinin İnformasiya Mərkəzinin sədri Andrey Lısenko öz “Facebook” səhifəsində yazıb.

“Ötən gün separatçıların açdığı atəş nəticəsində 7 Ukrayna hərbçisi həlak olub, ona yaxın hərçi müxtəlif dərəcəli xəsarətlərlə tibb məntəqələrinə göndərilib” – deyə, Lısenko yazıb.

Qeyd edək ki, ötən gündən etibarən Donetsk vilayəti uğrunda Ukrayna ordusu və separatçılar arasında qanlı döyüşlər gedir.

Ümumilikdə Ukraynada hərbi əməliyyatlar başlayandan bəri 1052 hərbçi ölüb.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti