“İŞİD Türkiyəyə benzin satır” – Rusiyadan ittiham

 “İŞİD Türkiyəyə benzin satır” – Rusiyadan ittiham
  15 Noyabr 2014    Oxunub:4953
Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Aleksey Puşkin İraq Şam İslam Dövlətinin (İŞİD) Türkiyə və İordaniyaya benzin satdığını, lakin heç bir ölkənin buna qarşı sanskiya tətbiq etmədiyini iddia edib.
AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Dumada keçirilən müzakirələrdə A.Puşkin bunun təəcüblü hal olduğunu deyib: “İŞİD-ə verilən azadlıq məni təəccüblüdür. İŞİD dünya bazarında azad şəkildə benzin satır. Bu necə mümkün ola bilər? Qərb ölkələrinin vətəndaşlarının başlarını kəsən bir terror təşkilatı necə olar bilər ki, benzin bazarında bütün haqlara malikdir?”

Puşkin qeyd edib ki, heç bir ölkə İŞİD-ə qarşı sanksiya tətbiq etmir:
“Onlar nefti Türkiyə və İordaniyaya satır. Heç kim də sanksiya tətbiq eləmir. Kimsə ABŞ-ın dövlət katibi Con Kerrinin İŞİD-ə qarşı sanksiya tətbiq etmə istədiyini eşidibmi?”.

Eyni zamanda Dumadan beynəlxalq aləmə müraciət olunub. Müraciətdə bildirilir ki, beynəlxalq ictimaiyyət terrorun yayılmasının qarşısının alınmalıdır və terrorçukara dəstək verən, eləcə də onlara kömək edənlər blokadaya alınmalıdır.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti