Obama: “Rusiyaya qarşı çıxa biləcək yeganə ölkə ABŞ-dır”

Obama: “Rusiyaya qarşı çıxa biləcək yeganə ölkə ABŞ-dır”
  15 Noyabr 2014    Oxunub:1633
Amerika prezidenti Barak Obama ABŞ-ı Rusiyanın Ukraynaya qarşı təcavüzünə və digər təhlükələrə çıxa biləcək yeganə dövlət olduğunu bəyan edib.
AzVision.az-ın “Reutes”ə istinadən verdiyi xəbərə görə, bu barədə Obama Avstraliyanın Brisben şəhərində keçirilən “G20” sammitində çıxışı zamanı bildirib.

“Biz Qərbi Afrikada Ebola virusu ilə mübarizədə və Rusiyanın Ukraynaya qarşı təcavüzü məsələlərində liderlik edirik”, - deyə Obama vurğuluyub.

ABŞ prezidentinin sözlərinə görə, Rusiya “MH-17 təyyarəsinin faciəli şəkildə qəzaya uğramasından sonra dünya üçün təhlükə mənbəyi oldu”.

Qeyd edək ki, daha əvvəl rusiyalı rəsmilər Malayziya aviaşirkətinə məxsus “Boing” tipli təyyarənin qəza uğramsına görə, Rusiyanın məsuliyyət daşıdğını bildirmişdilər.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti