Bu gün 18 dərəcə isti olacaq

Bu gün 18 dərəcə isti olacaq
  15 Noyabr 2014    Oxunub:1885
Noyabrın 15-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər və axşam bəzi yerlərdə zəif duman, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumatda bildirilir ki, cənub küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 8-12, gündüz 14-18 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında isə hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir və şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 5-10, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 0-5 dərəcəyədək isti, bəzi yerlərdə 4 dərəcəyədək şaxta, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 767 mm civə sütunundan 746 mm-ə enəcək, nisbi rütubət gecə və axşam 85-95, gündüz 60-70 faiz təşkil edəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti