Erməni general helikopterin Azərbaycana hücum faktını təsdiqlədi

Erməni general helikopterin Azərbaycana hücum faktını təsdiqlədi
  14 Noyabr 2014    Oxunub:3915
Qondarma “Dağlıq Qarabağ Respublikası”nın generalı Movses Akopyan sensasiyalı bəyanat verərək birmənalı olaraq erməni helikopterinin Azərbaycan hava məkanının pozduğunu bildirib.
AzVision.az-ın məlumatına görə, bu barədə erməni KİV-nə açılmasında bildirib.

“Qondarma “Dağlıq Qarabağ” və Azərbaycan Silahlı Qüvvələrinin təmas xəttində noyabrın 12-də düşmən mövqeyindən cəmi 20 metr aralıda Ermənistana məxsus hərbi helikopter vurulub”, - deyə Movses Akopyan jurnalistlərə açılmasında bildirib.

İki ölkə arasında hərbi vəziyyətin davam etdiyi zaman Ermənistan helikopterin Azərbaycan mövqelərindən 20 metr aralıda nə edirdi? Akopyanın bu sözləri daha əvvəl erməni tərəfinin təlim helikopteri barədə bəyanatları və versiyaları təkzib edir.

Bundan əlavə onun sözlərinə görə, hazırda helikopterin vurulduğu əraziyə yaxınlaşmaq qeyri-mümkündür. Movses Akopyan bəyan edib ki, onlar helikopterin düşdüyü əraziyə heyət üzvlərinin cəsədlərinin çıxarılması məsələsində kömək məqsədilə Qızıl Xaç Beynəlxalq Komitəsinə (QXBK) müraciət edib və təşkilat bu problemlə məşğul olur.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti