İsrail geri çəkildi, müsəlmanlar namaz qıldı

İsrail geri çəkildi, müsəlmanlar namaz qıldı
  14 Noyabr 2014    Oxunub:2148
İsrail polisi son aylar ərzində ilk dəfə müsəlmanların Müqəddəs dağda cümə namazı qılmasına icazə verib.
Bu barədə AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir.

“Bu gün yaş məhdudiyyətləri aradan qaldırılıb. Bu son aylarda ilk dəfə edilir” –deyə mənbə agentliyə bildirib. Onun sözlərinə görə, indiyə qədər təhlükəsizlik tədbirləri ilə əlaqədar Müqəddəs dağa 35 yaşdan aşağı kişilər buraxılmırdı. Buna qədər isə şəhərdəki vəziyyətdən asılı olaraq bu məhdudiyyətlər 40 və ya 50 yaşa qədər artırılırdı.

Daha əvvəl İsrail hökuməti 1967-ci ildə başa çatan altı günlük müharibədən sonra ilk dəfə Əl-Aksa məscidinə müsəlmanların girişini qadağan edib.

Fələstin prezidenti Mahmud Abbas Administrasiyası artıq bildirib ki, “Əl-Əksa məscidinə girişin qadağan edilməsi müharibənin elan olunmasına bərabərdir”.

“Əl-haram əş-Şərif” məscidinin statusu Fələstin-İsrail münasibətlərində ən ciddi problemlər arasındadır.

Qeyd edək ki, oktyabrın 8-də Qüds şəhərində Əl-Əksa məscidinə daxil olan fələstinlilərlə və yəhudi polislər arasında toqquşma baş verib.

Məlumata əsasən polislər fələstinliləri dağıtmaq üçün su şırnaqları, rezin güllələr və gözyaşardıcı qazlardan istifadə edib. Toqquşmalar nəticəsində 7 İsrail polisi və 20-dən çox fələstinli müxtəlif dərəcəli xəsarətlər alıb.

Toqquşmalar polislərin 60 yaşdan aşağı fələstinlilərin məscidə girişinə qadağa qoymasından sonra başlayıb.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti