Ermənistan parlamentində küçə davası
Bu barədə AzVision.az “Aykakan Jamanak” qəzetinə istinadən xəbər verir.
Parlamentin dəhlizində Farmanyan “İrs” fraksiyasının rəhbəri Rubik Akopyanla söhbəti zamanı bildirib ki, 2012-ci ildə keçirilən parlament seçkiləri zamanı “Çiçəklənən Ermənistan” partiyası öz seçki məntəqəsində “Erməni Milli Konqresi” namizədinin xeyrinə pul paylayıb.
Bu danışıq Levon Zurabyanın xoşuna gəlməyib və o söhbətə qarışıb. Nəticədə deputatlar əlbəyaxa olublar. Səs-küyə gələn parlamentarilər Farmanyan və Zurabyanı ayırıblar.
Eldar Tanrıverdiyev