Ermənistanda yenidən etiraz aksiyaları başladı

Ermənistanda yenidən etiraz aksiyaları başladı
  14 Noyabr 2014    Oxunub:1819
Bu gün Ermənistan Konstitusiya Məhkəməsi Ermənistanın Avrasiya İqtisadi İttifaqı (Aİİ) qoşulması barədə sazişin ölkə qanunvericiliyinə uyğun olub-olmaması məsələsini nəzərdən keçirir.
Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir.

Bununla əlaqədar səhər saatlarından etibarən Yerevanda insanlar Konstitusiya Məhkəməsi önündə toplaşaraq qərara etiraz etməyə cəhd edib. Polislər onlarla vətəndaşın məhkəmə binasına qarşısında yığışmasına mane olub. Tərəflər arasında ciddi toqquşmalar başlayıb. Etirazçılar Ermənistanın Aİİ-yə üzv olan kimi öz müstəqilliyini itirəcəyini bildirirlər. Onlar bununla bağlı müxtəlif şüarlar səsləndirilər.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti