Biznesmenlər Batumiyə toplaşır

Biznesmenlər Batumiyə toplaşır
  14 Noyabr 2014    Oxunub:1434
Bu ilin dekabrın 5-i Batumi şəhərində İqtisadiyyat Nazirliyi, Ticarət-sənaye Nazirliyi və Gürcüstan İnvestisiya Agentliyinin təşkilatçılığı ilə Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumu keçiriləcək.
Bu barədə AzVision.az “Qruziya-Online”-ə istinadən xəbər verir.

Biznes forumun gedişi zamanı iştirakçılar Gürcüstanın investisiya mühiti ilə tanış olacaq və Gürcüstan şirkətlərinin nümayəndələri ilə görüşlər keçirəcək.

Bundan əlavə hər üç ölkə biznes forumda ən yüksək səviyyədə təmsil olunacaq.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti