Sarkisyan təcili Qarabağa gəlib

Sarkisyan təcili Qarabağa gəlib
  13 Noyabr 2014    Oxunub:2219
Ermənistan prezidenti Serj Sarkisyan Azərbaycanın işğal altında olan ərazilərə - Qarabağa səfər edib.
Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir.

Ermənistan prezidenti Qondarma “Dağlıq Qarabağ Respublikası”-nın prezidenti Bako Saakyanla həm təkbətək həm də geniştərkibli görüşlər keçirəcək.

Bundan əlavə Sarkisyan “Qarabağ” və Ermənistan Silahlı Qüvvələrinin “Birlik-2014” operativ-texniki təlimlərini izləyəcək.

Onun Qarabağa səfərinin iki gün davam edəcəyim bildirilir.

Erməni mətbuatı səfərin əvvəlcədən planlaşdırıldığını və Ermənistana məxsus hərbi helikopterin təmas xəttində Azərbaycan Silahlı Qüvvələri tərəfindən vurulması ilə bağlı olmadığını yazır.

Qeyd edək ki, “Birlik-2014” hərbi təlimlərdə xeyli sayda şəxsi heyət və hərbi texnika iştirak edir.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti