`Putinin ittifaqı`ndan helikopter Açıqlaması

`Putinin ittifaqı`ndan helikopter Açıqlaması
  13 Noyabr 2014    Oxunub:4380
Dağlıq Qarabağ münaqişə zonasında helikopterin vurulması tərəflər arasında gərginliyin artması təhlükəsini artırır.
AzVision.az-ın məlumatına görə, bu barədə Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja bildirib.

“Bu təhlükəli insident regiondan gərginliyin artmasına səbəb olacaq və bizim narahatlığımızı artırır”, - deyə KTMT-nın baş katibinin yaydığı bəyanatda bildirilir.

O, xatırladıb ki, bu il ərzində Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin təmas xəttində müntəzəm olaraq silahlı toqquşmalar baş verib: “Biz yenə atəşkəs rejiminin şərtlərinin pozulmasının şahidi olduq. Helikopterin məhv edilməsi zorakılıq göstəricisdir. Münaqişənin gərginləşməsi istiqamətində yeni təhlükə yaranıb”.

KTMT baş katibi Bardyuja vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqlar prosesinin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, Ermənistan SQ tərəfindən keçirilən son təlimlər zamanı düşmən hərbi aviasiyası cəbhəyanı zonada 3 gündür ki, provokasiya xarakterli uçuşlar həyata keçirir.

Davamlı olaraq mövqelərimiz üzərində döyüş manevrləri yerinə yetirən düşmən hərbi aviasiyası bu gün daha açıq şəkildə döyüş kursuna çıxaraq uçuşlar keçirməklə mövqelərimizə atəş açmağa cəhd edib.

Noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan SQ-yə məxsus Mi-24 tipli helikopter döyüş kursuna enərək mövqelərimizə hücum edib. Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib.

İlkin məlumata görə, düşmənin məhv edilmiş helikopterində olan 3 hərbi qulluqçu həlak olub.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti