“Müharibə variantı rədd edilməlidir” - Uorlikdən mesaj

“Müharibə variantı rədd edilməlidir”  - Uorlikdən mesaj
  13 Noyabr 2014    Oxunub:1531
Dağlıq Qarabağda münaqişənin genişlənməsi heç kimin marağında deyil.
AzVision.az-ın məlumatına görə, bu barədə ATƏT-in amerikalı həmsədri Ceyms Uorlik Qarabağda Ermənistan helikopterin vurulmasına reaksiya bildirirkən vurğulayıb.

“Dağlıq Qarabağda münaqişənin genişlənməsi heç kimin marağında deyil. Tərəflər vəziyyətin gərginləşməsindən çəkinməli və seçim olaraq müharibəni rədd etməlidirlər”, –deyə Uorlik “Twitter”də yazıb.

Qeyd edək ki, Ermənistan SQ tərəfindən keçirilən son təlimlər zamanı düşmən hərbi aviasiyası cəbhəyanı zonada 3 gündür ki, provokasiya xarakterli uçuşlar həyata keçirir.

Davamlı olaraq mövqelərimiz üzərində döyüş manevrləri yerinə yetirən düşmən hərbi aviasiyası bu gün daha açıq şəkildə döyüş kursuna çıxaraq uçuşlar keçirməklə mövqelərimizə atəş açmağa cəhd edib.

Noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan SQ-yə məxsus Mi-24 tipli helikopter döyüş kursuna enərək mövqelərimizə hücum edib. Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib.

İlkin məlumata görə, düşmənin məhv edilmiş helikopterində olan 3 hərbi qulluqçu həlak olub.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti