ABŞ İŞİD-i qırır: 865 ölü

ABŞ İŞİD-i qırır: 865 ölü
  13 Noyabr 2014    Oxunub:1770
ABŞ-ın liderlik etdiyi beynəlxalq koalisiya qüvvələrinin İŞİD-ə qarşı apardığı mübarizənin statistikası açıqlanıb.
AzVision.az xəbər verir ki, sentyabrın 23-dən başlayan hava hücumları zamanı indiyədək 865 nəfər həlak olub.

Suriya İnsan Haqları Təşkilatının yaydığı açıqlamaya görə, bunlardan təxminən 746-ı İŞİD-çidir. Əməliyyatlarda təkcə əl-Nüsra cəbhəsində vuruşan 68 İŞİD üzvü öldürülüb.

BMT-nin yaydığı məlumata görə isə Suriya və İraqdakı qarşıdurmalar təxminən 13 milyon 600 min vətəndaşın köçməsinə səbəb olub.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti