Rusiyadan Ebolaya qarşı 20 milyon

Rusiyadan Ebolaya qarşı 20 milyon
  13 Noyabr 2014    Oxunub:1138
Rusiya baş naziri Dmitriy Medvedyev Şərqi-Asiya sammitinin iclasında bəyan edib ki, Rusiya Ebola virusu ilə mübarizəyə təxminən 20 milyon dollar ayıracaq.
Bu barədə AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir.

“Ayrılan vəsaitlər ilk növbədə Ebola virusuna qarşı mübarizəyə ayrılmalıdır. Rusiya bu məqsədlər üçün təxminən 20 milyon dollar ayrılıb. Virusun yayıldığı ərazilərə mütəxəssislər, dərman preparatları və digər lazımı məmulatlar göndəriləcək. Bu virusun profilaktikası və xəstələyin müalicəsi üçün dərman preparatlarının hazırlanması sahəsində işlər görülür”.

Qərbi Afrikada yayılan Ebola virusuna yoluxaraq ölənlərin sayı 5169-a çatıb. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.

ÜST-ün məlumatına görə, Ebolaya 14 098 nəfər yoluxub. Xəstəlikdən 5169 nəfər ölüb.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti