ABŞ İŞİD-ə qarşı döyüş taktikasını dəyişir

ABŞ İŞİD-ə qarşı döyüş taktikasını dəyişir
  13 Noyabr 2014    Oxunub:1545
ABŞ prezidenti Barak Obama Milli Təhlükəsizlik sahəsindəki müşavirlərindən İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatına qarşı mübarizə strategiyasına yenidən baxmağı istəyib.
Bu barədə AzVision.az “CNN” telekanalına istinadən xəbər verir.

Son vaxtlar ərzində Vaşinqtonda bu məsələ ilə bağlı mütəxəssislərin dörd iclası keçirilib, onlardan birinə isə sədrliyi Obamanın özü edib.

Yüksəkrütbəli ABŞ məmurları və diplomatları hesab edirlər ki, Suriyada hakimiyyət dəyişikliyi və prezident Bəşər Əsəd hakimiyyətdən getməyənə qədər İŞİD-i məğlub etmək mümkün olmayacaq.

Bu ilin sentyabr ayının 11-də Obama İŞİD-ə qarşı yeni mübarizə strategiyasını təsdiqləyib. O, bəyan edib ki, ABŞ İraqa əsgərlər göndərməyəcək. Əvəzində isə ABŞ Hərbi Hava Qüvvələri aviasiya zərbələrinin intensivliyini artıracaq.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti