Avropadan erməni helikopterinin vurulmasına münasibət

Avropadan erməni helikopterinin vurulmasına münasibət
  13 Noyabr 2014    Oxunub:3780
Avropa İttifaqının Xarici məsələlər üzrə İdarəsi təmas xəttində ermənilərə məxsus”Mi-24” tipli helikopterin vurulmasından sonra Dağlıq Qarabağ münaqişəsi tərəflərini təmkinli olmağa çağırıb.
AzVision.az-ın məlumatına görə, bu barədə İdarənin yaydığı bəyanatda bildirilir.

“Bütün tərəflərin təmkinli olmağı və vəziyyəti gərginləşdirəcək hərəkət və bəyanatlardan çəkinməlidirlər. Bundan əlavə biz, bu insidentin araşdırılmasını çağırırıq”.

Ai həmçinin yenidən münaqişənin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun səylərinin dəstəklədiklərini vurğulayıb. Rəsmi Brüssel vurğulayıb ki, hər iki tərəf atəşkəs rejimini ciddi şəkildə yerinə yetirməli, hərbi güc tətbiq etmə və ya bu kontekstə hər hansı bir bəyanatdan çəkinməli, eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə danışıqları bərpa etməlidirlər.

Qeyd edək ki, Ermənistan SQ tərəfindən keçirilən son təlimlər zamanı düşmən hərbi aviasiyası cəbhəyanı zonada 3 gündür ki, provokasiya xarakterli uçuşlar həyata keçirir.

Davamlı olaraq mövqelərimiz üzərində döyüş manevrləri yerinə yetirən düşmən hərbi aviasiyası bu gün daha açıq şəkildə döyüş kursuna çıxaraq uçuşlar keçirməklə mövqelərimizə atəş açmağa cəhd edib.

Noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan SQ-yə məxsus Mi-24 tipli helikopter döyüş kursuna enərək mövqelərimizə hücum edib. Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib.

İlkin məlumata görə, düşmənin məhv edilmiş helikopterində olan 3 hərbi qulluqçu həlak olub.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti