Vurulan erməni helikopterində üç pilot olub

Vurulan erməni helikopterində üç pilot olub
  12 Noyabr 2014    Oxunub:2625
Azərbaycan hərbçiləri tərəfindən vurulan helikopterdə üç pilot olub.
Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir.

Hadisə nəticəsində hər üç üç pilot həlak olub. Qəzaya uğrayan helikopterin isə tamamilə yandığı bildirilir.

Qeyd edək ki, bu gün saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan Respublikası Silahlı Qüvvələrinə məxsus Mi-24 tipli helikopteri döyüş kursuna enərək mövqelərimizə hücum edib. Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib.

Hazırda vurulan düşmən helikopterinin qalıqları müdafiənin ön xəttindən 500 metr qarşıdakı əraziyə düşüb.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti