“Minsk qrupunun formatı dəyişməyəcək” – ABŞ səfiri

“Minsk qrupunun formatı dəyişməyəcək” – ABŞ səfiri
  12 Noyabr 2014    Oxunub:1206
Dağlıq Qarabağ məsələsində ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri arasında fikir ayrılığı yoxdur.
AzVision.az-ın məlumatına görə, bu barədə “NATO həftəsi” çərçivəsində Yerevan Dövlət Universitetində təşkil olunan görüş zamanı ABŞ-ın Ermənistandakı səfiri Con Heffern bildirib.

Səfirin sözlərinə görə, Qarabağ münaqişəsi nizamlanma baxımından çox ciddi münaqişədir: “ATƏT-in Minsk qrupunun həmsədr ölkələri – ABŞ, Fransa və Rusiya Ukrayna kimi bir sıra digər məsələlərdə müşahidə edilən fikir ayrılıqlarına baxmayaraq Qarabağ məsələsində birgə çalışırlar. Onun sözlərinə görə, həmsədr ölkələrin ATƏT-in Minsk qrupun formatını dəyişmək niyyəti yoxdur”.

Qarabağ münaqişəsi zonasında sülhməramlı qüvvələrin yerləşdirilməsi imkanı barədə danı.an Heffern vurğulayıb: “Əgər Qarabağ münaqişəsi zonasına sülhməramlıları yerləşdirilsə, onun tərkibi barədə sual ortaya çıxacaq. Çətin ki, onlar NATO sülhməramlıları olacaq”

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti