Ermənistan və Rusiya birgə kosmosu öyrənəcək

Ermənistan və Rusiya birgə kosmosu öyrənəcək
  12 Noyabr 2014    Oxunub:1362
Rusiya Federal Kosmik Agentliyi (Roskosmos) “Kosmik fəzanın sülh məqsədləri üçün öyrənilməsi və istifadə olunması sahəsində əməkdaşlıq haqqında” Rusiya və Ermənistan arasında hökumətlərarası mətni hazırlayaraq ölkənin Nazirlər Kabinetinə göndərib.

Bu barədə AzVision.az “Vedemosti” qəzetinə istinadən xəbər verir.

Roskosmosdan olan mənbənin sözlərinə görə, saziş iqtisadiyyat üzrə Rusiya və Ermənistan arasında hökumətlərarası komissiyanın qərarı ilə hazırlanıb.

Bununla bağlı analoji saziş 2008-ci ildə Qazaxıstan, 2010-cu ildə isə Belarusla imzalanıb.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti