Saakaşvili Putini Hitlerə bənzətdi

Saakaşvili Putini Hitlerə bənzətdi
  12 Noyabr 2014    Oxunub:1416
Putinin beynəlxalq tədbirlərdəki çıxışı Hitlerin çıxışı ilə oxşardır. Hazırda Ukrayna öz dövlətçiliyini qorumalıdır.
AzVision.az-ın məlumatına görə, bu barədə Gürcüstanın sabiq prezidenti Mixael Saakaşvili “İnter” telekanalında yayımlanan “Padrobnosti Nedeli” verilişində çıxışı zamanı bildirib.

“Ukrayna və Gürcüstandakı vəziyyət fərqlidir. Çünki bizim ərazilərimizin böyüklüyü bir-birindən fərqlənir. 2008-ci ildə rus qoşunlarının Tbilisiyə çatırdı və onun ordusu sərhəddən bir saatlıq məsafədə yerləşirdi. Ukrayna isə ərazicə və əhalinin sayına görə böyükdür. Ona görə bu iki ölkəni müqayisə etmək olmaz. Rusiyanın gedişlərinə gəldikdə isə onlar hər yerdə tamamilə eynidir. Bu yaxınlarda Rusiya prezidenti Putin Soçidə çıxışı zamanı bildirib ki, o, vəhşi tayqadadır, bu onun tayqasıdır, o burada ov edəcək və heç kim başını burnunu bura soxmamalıdır. O, özü isə digər kilmatik zonalara getməyəcək. əgər bu çıxışı analiz etsək, onun Hitlerin çıxışına paralel olduğunu görürük. ”, - deyə Saakaşvili vurğulayıb.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti