“Bu vəziyyət davam edə bilməz” – Fransadan Qarabağ mesajı

“Bu vəziyyət davam edə bilməz” – Fransadan Qarabağ mesajı
  12 Noyabr 2014    Oxunub:1720
Hazırda Dağlıq Qarabağda münaqişəsi ətrafında vəziyyət uzun müddət bu cür qala bilməz.
AzVision.az-ın məlumatına görə, Fransanın Ermənistana yeni təyin olun an səfiri Jan-Fransua Şarpantye jurnalistlərə açıqlamasında bildirib.

Qarabağ münaqişəsi barədə fikir bildirmək suala cavab belə cavab verib: “Bu mənim yox, Fransanın mövqeyidir. Prezident Olland bu yaxınlarda bir daha Ermənistan və Azərbaycan prezidentləri ilə baş tutan görüşdə məsələ ilə bağlı mövqeyi səsləndirib”.

Səfirin sözlərinə görə, rəsmi Paris ən qısa zamanda münaqişə tərəflərin nizamlanma yollarını tapmasının tərəfdarıdır. ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransa münaqişənin həlli yollarının tapılması ilə məşğuldur.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti