Çin və ABŞ-dan mühüm razılaşma

Çin və ABŞ-dan mühüm razılaşma
  12 Noyabr 2014    Oxunub:1359
ABŞ prezidenti Barak Obama və Çin lideri Si Çzinpin hər iki ölkənin silahlı qüvvələri arasında fikir ayrılıqlarının qarşının alınması məqsədilə iki saziş imzalayıb.
Bu barədə AzVision.az “The Wall Street Journal”-a istinadən xəbər verir.

Sənədlərin bu gün ictimaiyyətə təqdim ediləcəyi gözlənilir.

Mənbənin sözlərinə görə, müqavilələr hərbi təlimlər də daxil olmaqla müxtəlif növ tədbirlər barədə bir-birlərini xəbərdar edəcəklər.

10 noyabr Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı təşkilatının (ASOİƏ) Pekində keçirilən sammitində ABŞ prezidenti Barak Obama bəyan edib ki, ABŞ və Çin informasiya texnologiyaları sahəsində məhsullar üzrə bir sıra tariflərin aradan qaldırılması barədə razılığa gəlib. Ekspertlər sazişin 1 trilyon dollar dəyərində olduğunu bildirib.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti