Jirinovski azərbaycanlı `avtoş`dan danışdı

Jirinovski azərbaycanlı `avtoş`dan danışdı
  12 Noyabr 2014    Oxunub:2932
Rusiya Liberal Demokratik Partiyasının sədri Vladimir Jirinovski Moskva avtoşları üçün ayrıca yol ayırmağı təklif edib.
AzVision.az-ın məlumatına görə, Jirinovski bildirib ki, yalnız bundan sonra sürücülər avtomobillərini qeyri-məhdud sürətlə sürə bilərlər.

RLDP-nin rəsmi saytında yer alan xəbərə görə, siyasətçi bu təklifi irəli sürməklə Moskvanın Kutuzov prospektində azərbaycanlının günahı üzündən çoxsaylı qurbanların olduğu yol-nəqliyyat hadisəsi münasibət bildirib.

"Kutuzovda qorxunc qəza oldu. Yenə vəhşi sürət. Qızın yanında göstərmək istəyirdi ki, o qəddar, qoçaq sürücüdür. Vaxtında onu sürücülük vəsiqəsindən məhrum etmək lazım idi. Amma onsuz da o, 200 km/saat idarə edəcək avtomobilini. Özünü qızlara göstərəcək. Avtomobili sürətlə idarə edənlər üçün şəhərdən kənarda ayrı yol inşa etmək lazımdır. Orada istəsələr lap 500 km/saata qədər sürəti artıra bilərlər", - deyə Jirinovski bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl Rusiyanın paytaxtı Moskvadakı Kutuzov prospektində həmyerlimiz avtomobil qəzası törətmişdi. Qəza nəticəsində 5 nəfər ölmüşdü.


Teqlər:  





Xəbər lenti