Rusiya Ermənistanla hərbi əməkdaşlığı genişləndirir
“Rusiya və Ermənistan Müdafiə nazirləri Rusiyanın 102-ci hərbi hissəsinin şəxsi heyəti və hərbi texnikasının Böyük Vətən müharibəsində əldə olunan qələbənin 70 illiyi ilə əlaqədar Yerevanda birgə təşkil olunacaq paradda iştirakına dair razılağa gəliblər”, - deyə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir.
Müdafiə nazirləri həmçinin beynəlxalq və regional məsələləri müzakirə edib, iki ölkə arasında hərbi və hərbi-texniki əməkdaşlığın prioritetlərini müəyyənləşdiriblər
Şoyqu və Ohanyan Rusiya Müdafiə Nazirliyinin təhsil müəssisələrində Ermənistan Silahlı Qüvvələri üçün kadr hazırlığının təşkil edilməsinə ayırıblar. Hazırda belə müəssisələrdə 240-a yaxın erməni hərbçisi təhsil alır.
Eldar Tanrıverdiyev