Sarkisyan `Putin İttifaqı`na qoşulacağı vaxtı açıqladı

Sarkisyan `Putin İttifaqı`na qoşulacağı vaxtı açıqladı
  11 Noyabr 2014    Oxunub:1842
Ermənistan prezidenti Serj Sərkisyan ölkəsinin Avrasiya İqtisadi İttifaqına qoşulmasını nəzərdə tutan sənədlərin nə vaxt təsdiqlənəcəyini açıqlayıb.
Ali Avrasiya İqtisadi Şurasının oktyabrın 10-u Minskdə keçirilən sammitində Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması haqqında müqavilə imzalanıb. Rusiya, Qazaxıstan, Belarus, Ermənistan prezidentlərinin imzaladığı müqavilə dörd ölkənin parlamentində təsdiqlənməli və 2015-ci il yanvarın 1-dən qüvvəyə minməlidir.

Avrasiya İqtisadi İttifaqını bu il mayın 29-da Rusiya, Qazaxıstan, Belarus yaradıblar.

“Media forum” saytının məlumatına görə, noyabrın 10-da “Armenpress”in sualını cavablandıran Serj Sərkisyan deyib ki, hökumət Avrasiya İqtisadi İttifaqına dair sənədləri Konstitusiya Məhkəməsinə göndərib: “Noyabrın 14-də dinləmələr başlayacaq. Noyabrın 17-dən gec olmayaraq qərar qəbul olunacaq və sənədlər parlamentə ötürüləcək. Parlament komissiyalarında baxılandan sonra dekabrın əvvəllərində sənədlərin plenar iclasda müzakirə olunacağı gözlənir”.


Teqlər:  





Xəbər lenti