İŞİD təsdiqlədi - Bağdadi öldürülüb

İŞİD təsdiqlədi - Bağdadi öldürülüb
  11 Noyabr 2014    Oxunub:2830
İŞİD-ə yaxın mənbələr terror təşkilatının lideri Əbubəkir əl-Bağdadinin öldüyünü təsdiqləyib.

AzVision.az xəbər verir ki, bu barədə İŞİD-in Tvitter səhifəsində də məlumat verilib.

Digər məlumata görə, İŞİD xəlifəlik üçün yeni namizəd müəyyənləşdirəcək:

“Bağdadinin ölümü ilə bağlı detallar açıqlanacaq və qısa müddət ərzində İslam Dövləti üçün yeni xəlifə namizədi müəyyənləşəcək”.

ABŞ-ın Müdafiə Nazirliyinin sözcüsü Steven Varen isə açıqlamasında bildirib ki, hava hücumu ilə yaraladıqları Bağdadinin hazırki vəziyyətindən xəbərsizdirlər.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti