Pakistanda dəhşətli qəza: 56 ölü

Pakistanda dəhşətli qəza: 56 ölü
  11 Noyabr 2014    Oxunub:1128
Pakistanın cənubunda yerləşən Sukkur dairəsində dəhşətli yol nəqliyyat hadisəsi baş verib.
AzVision.az-ın “BBC”yə istinadən verdiyi məlumata görə, Karaçiyə hərəkət edən avtobus yük maşını ilə toqquşub.
İlkin məlumatlara görə, qəza nəticəsində ən azı 56 nəfər həlak olub, 25 nəfər yaralanıb. Yaralıların vəziyyəti ağır olduğundan ölənlərin sayının artacağı istisna edilmir.

Hadisə avtobus sürücüsünün sürət həddini aşması nəticəsində baş verib. Qəzanın baş verdiyi yerə Pakistan ordusunun əsgərləri cəlb olunub.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti