“CNN” Rusiyada yayımını dayandırır

“CNN” Rusiyada yayımını dayandırır
  11 Noyabr 2014    Oxunub:1400
Amerikanın məşhur telekanalı “CNN İnternational” Rusiya Federasiyası ərazisindəki yayımını dayandırır.
Bu barədə Azvision.az “TASS” agentliyinə istinadən xəbər verir.

Telekanalın yayımının dayandırmasına səbəb Rusiya qanunvericiliyində KİV sahəsində edilən son dəyişikliklər olub.

Telekanal sahibi olan “Turner Broadcasting System” şirkəti eyni zamanda yaxın vaxtlarda Rusiya bazarına qayıdacaqlarına ümid etdiklərini bildiriblər.

Daha əvvəl yayılan məlumatlara görə, “CNN” telekanalı 31 dekabr 2014-cü ilədək Rusiya kabel şəbəkələrində fəaliyyətini dayandıracaq.

Xatırladaq ki, “CNN” telekanalı Rusiya ərazisində 1990-cı illərin əvvəllərindən yayımlanmağa başlayıb. Son illər ərzində “CNN”-ə yalnız kabel televiziyaları vasitəsilə baxmaq mümkün olub.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti