Ermənistanda dəhşətli qəza: 7 ölü

Ermənistanda dəhşətli qəza: 7 ölü
  11 Noyabr 2014    Oxunub:1935
Ermənistanda, Gümrü-Yerevan yolu ilə hərəkət edən “Qazel” markalı mikroavtobus alışaraq yanıb.
Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir.

Hadisə Horom kəndi yaxınlığında baş verib. Yanğın nəticəsində avtobusda olan 7 nəfər həlak olub. Mikroavtobus sərnişinlərindən daha 5 nəfər isə ağır dərəcələri yanıq xəsarətləri ilə xəstəxanalara çatdırılıb. Yaralıların vəziyyəti ağır olduğundan ölənlərin sayının artacağı istisna edilmir.

Hazırda faktla bağlı araşdırmalara başlanılıb. İlkin ehtimallara görə, yanğın mikroavtobusun salonunda quraşdırılan qaz balonunun alışması nəticəsində baş verib.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti