Prezidentin korteji qəzaya düşdü

Prezidentin korteji qəzaya düşdü
  11 Noyabr 2014    Oxunub:1772
Dağıstanın prezidenti Ramazan Abdulatipovun korteji qəzaya uğrayıb.
AzVision.az xəbər verir ki, APA-nın RİA Novosti agentliyinə istinadən məlumatına görə, insident nəticəsində zərərçəkən olmayıb.

“Bu gün iş günündən sonra Respublika başçısının kortejinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib, ölən yoxdur. İnsident zamanı Dağıstan prezidenti zərər çəkməyib”, Dağıstan hökumətinin mətbuat xidməti idarəsindən bildiriblər.

Yol-nəqliyyat hadisəsinin Mahaçqala-Kaspiysk yolunda baş verdiyi qeyd olunur.


Teqlər:  





Xəbər lenti