Rusiya 7 milyard dollar itirdi

Rusiya 7 milyard dollar itirdi
  10 Noyabr 2014    Oxunub:1852
Bu ilin yanvar-sentyabr aylarında Rusiyanın neft ixracatı dəyər həcmində ötənilki dövrlə müqayisədə 5,2 faiz azalıb.
APA-nın UNİAN-a istinadən məlumatına görə, Rusiyanın bu dövrdəki neft ixracatı 121,369 milyard dollar təşkil edib. Fiziki həcmdə isə RF-nin neft ixracatında eniş 5,1 faiz olub, 175,43 milyon tondan 166,299 milyon tona düşüb.

Əsas neft ixracatı uzaq xaricin payına (114,507 milyon dollar) düşüb, lakin bu rəqəm də keçənilki dövrlə müqayisədə 4,2 faiz az olub. Rusiyanın MDB ölkələrinə neft ixracatı isə 1,84 faiz azalma ilə 6,862 milyard dollar təşkil edib.


Teqlər:  





Xəbər lenti