İŞİD daha bir ölkədə

İŞİD daha bir ölkədə
  10 Noyabr 2014    Oxunub:1844
İŞİD terror qruplaşması daha bir ölkə üçün problemə çevrilib.

AzVision.az -ın məlumatına görə, Liviyanın şimalında olan Derne şəhərini əlində saxlayan üsyançı qruplar buranın IŞİD torpaqlarına qatıldığını elan edib.

2011-ci ildə Müəmmar Qəddafi devriləndən sonra Derne şəhərini ələ keçirən üsyançı qruplar verdiyi açıqlamada İŞİD-ə qoşulduqlarını bəyan ediblər. İŞİD-in əlində saxladığı İraq və Suriya torpaqlarından 1600 kilometr uzaqlıqda olan Dernedə üsyançılar Məhəmməd Abdullah adlı bir şəxsi özlərinə başçı seçiblər.

Qərar sonrası üsyançılar şəhərdəki hökumət binalarına İŞİD bayraqlarını asıb və şəhərdə asayişi İŞİD polislərinin təmin etdiyini bildiriblər.


Teqlər:  





Xəbər lenti