Putindən telefon hədiyyəsi - FOTO

Putindən telefon hədiyyəsi - FOTO
  10 Noyabr 2014    Oxunub:1819
Rusiya prezidenti Vladimir Putin çinli həmkarına smartfon telefon hədiyyə edib.
AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Putin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatında (APEC) iştirak etmək üçün Pekinə səfər edib.

Burada o çinli həmkarı Xi Jinpinqlə görüşüb. Görüş zamanı Putin Jinpinqə Rusiya istehsalı olan smartfon telefon - YotaPhone 2 hədiyyə edib.

Kremlin sözçüsü Dmitri Peskov isə mətbuata açıqlamasında bildirib ki, telefona Rusiya, Çin və APEC-in simvollarını daşıyan proqramlar yüklənilib.


Teqlər:





Xəbər lenti