İŞİD Səddam Hüseyninin atasının məzarını dağıtdı

İŞİD Səddam Hüseyninin atasının məzarını dağıtdı
  10 Noyabr 2014    Oxunub:2568
İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatının yaraqlıları sabiq ölkə rəhbəri Səddam Hüseyninin atasının yerləşdiyi məzarı, həmçinin yaxınlıqda yerləşən məscidi partladıb.
Bu barədə AzVision.az “BBC”-yə istinadən xəbər verir.

Partlayış nəticəsində qəbiristanlıq və məscid tamamilə məhv edilib. Yaraqlıları məscidin içərisi və ətraf ərazilərə partlayıcı qurğular yerləşdiriblər.

Səddam Hüseynin atasının uyuduğu qəbir 2006-cı ildə də hücuma məruz qalmışdı. Həmin zaman məscid və məzara əhəmiyyətli dərəcədə ziyan dəymişdi.
Məcid əl-Hüseyn məscidi Səddam Hüseyninin layihəsi əsasında hazırlanıb. Məsciddə eyni zamanda üç minə qədər insan ibadət edə bilirdi.


Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti