Putin və Obama görüşə bilər

Putin və Obama görüşə bilər
  08 Noyabr 2014    Oxunub:1151
Ağ Ev Avstraliyada keçiriləcək “G20” sammitində Rusiya və ABŞ prezidentləri Vladimir Putin və barak Obamanın qeyri-rəsmi formada görüşəcəyini istisna etməyib.
AzVision.az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə açıqlamasında ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Syuzan Rays bildirib.

Raysın sözlərinə görə, Obamanın qrafikində Rusiya prezidenti ilə görüş nəzərdə tutulmayıb, lakin qeyri-formal söhbətin baş tutacağı istisna edilmir.

Ağ Ev rəsmisi Coşua Ernest də Putin və Obamanın qeyri-formal görüşünün baş tutması barədə ehtimalları istisna etməyib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti