Poroşenkodan Putinə ağır zərbə: Rus dilindən imtina olundu

Poroşenkodan Putinə ağır zərbə: Rus dilindən imtina olundu
  08 Noyabr 2014    Oxunub:2049
Yalnız Ukrayna dili Ukraynada dövlət dili olacaq.

AzVision.az-ın məlumatına görə, bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko Taras Şevçenko adına mükafatın verilməsi zamanı çıxış edərkən bildirib.

“Biz ukraynalılar müxtəlif dillərdə danışırıq. Lakin yalnız bir dilin dövlət dili statusu var və bundan sonra da belə olacaq. Biz qəti şəkildə bilirik: Ukrayna dili yaşayırsa deməli Ukraynada yaşayır və biz heç vaxt onun təhlükə altına düşməsinə imkan verməyəcəyik”, – deyə Poroşenko bildirib.
Ukrayna prezidenti vurğulayıb ki, hazırda ölkə “azad şəkildə nəfəs alır və yaşayır”.

Qeyd edək ki, daha əvvəl Poroşenko çıxışları zamanı milli azlıqların dilinə xüsusi statusunun veriləcəyini bildirirdi.

Eldar Tanrıverdiyev
AzVision.az




Teqlər:  





Xəbər lenti