Putin həyatın mənasından danışdı

Putin həyatın mənasından danışdı
  07 Noyabr 2014    Oxunub:4523
Rusiya prezidenti Vladimir Putin həyatın mənasının sevgi olduğunu bəyan edib.
AzVision.az-ın “TASS” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Putin Rusiya Coğrafiya Cəmiyyətinin (RCC) iclasının yekunları barədə danışarkən bildirib.

“Ümumiyyətlə həyatın bütün mənası sevgidədir. Bu həm ailəyə, uşağa həm də Vətənə olan sevgidir. Sevgi bizim bütün hərəkətlərimizin əsasında duran müxtəlif hadisələr məcmusudur”, - deyə Putin vurğulayıb.

Vətənə sevgi barədə danışan prezident vurğulayıb ki, onun Rusiya cəmiyyətində möhkəmləndərilməsi dövlət üçün ən vacib məsələdir: “Və mən əminəm ki, biz uğur əldə edəcəyik”.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti