Obama İŞİD-lə mübarizəyə 3,2 milyard dollar istəyir

Obama İŞİD-lə mübarizəyə 3,2 milyard dollar istəyir
  07 Noyabr 2014    Oxunub:1416
ABŞ prezidenti Barak Obama İraq və şam İslam Dövləti (İŞİD) terror təşkilatı ilə mübarizə üçün konqresmenlərdən 3,2 milyard dollar ayrılmasını istəyib.
Bu barədə AzVision.az “Frans Press” agentliyinə istinadən xəbər verir.

Barak Obamanın bu gün İraq və Suriyada fəaliyyət göstərən İŞİD-ə qarşı anti-terror əməliyyatlarının maliyyələşdirilməsinin artırılması ilə bağlı Konqresə sorğu göndərəcəyi gözlənilir.

Ayrılması istənilən məbləğin 500 milyonunu İŞİD-lə mübarizə aparan İraq ordusu və kürdlərə ayrılması planlaşdırılır.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti