Sarkisyan Moskvada gizli görüşlər keçirəcək

Sarkisyan Moskvada gizli görüşlər keçirəcək
  07 Noyabr 2014    Oxunub:1699
Ermənistan prezidenti serj Sarkisyan Rusiya paytaxtı Moskvaya səfəri zamanı gizli görüşlər keçirəcək.
AzVision.az-ın məlumatına görə, bu barədə Ermənistanın “Qraparak” qəzeti xəbər yayıb.

Nəşrin məlumatına görə, görüşlərdə, Gürcüstanda baş verən son hadisələr, Qarabağ məsələsi ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevlə keçirilməsi planlaşdırılan məsələlər də daxil olmaqla bir sıra regional məsələlər müzakirə ediləcək.

Ermənistan prezidenti həmçinin oğlunun ölümü ilə əlaqədar olaraq Rusiya Prezident Administrasiyasının rəhbəri, yaxın dostu Sergey İvanova da şəxsən başsağlığı verəcək.

Ermənistan prezidenti prezidenti Serj Sarkisyan noyabrın 6-da Rusiyaya işgüzar səfər edəcək

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti