Türkiyəyə getmək istəyənlərin nəzərinə

Türkiyəyə getmək istəyənlərin nəzərinə
  07 Noyabr 2014    Oxunub:1756
Türkiyəyə səfər edən əcnəbi vətəndaşın pasportunun etibarlılıq müddəti bu ölkəni tərk etməzdən əvvəl 4 aydan tez başa çatmamalıdır.
AzVision.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. .

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər ki, müvafiq qanun gələn il yanvarın 1-də qüvvəyə minəcək.

Nazirlikdən deyiblər ki, hazırda Türkiyəyə səfər etmək üçün xarici pasport səfər başa çatanadək 3 ay etibarlı olmalıdır, əgər pasport səfərin sonunadək etibarlı idisə, de-fakto kifayət edirdi: "Gələn il yanvarın 1-dən xarici pasportun etibarlılıq müddəti Türkiyəni tərk etməzdən əvvəl 4 aydan tez başa çatmamalıdır". (trend)


Teqlər:





Xəbər lenti