Medvedyev və Kadırov Putinlə “selfie” çəkdirdi - FOTO

Medvedyev və Kadırov Putinlə “selfie” çəkdirdi - FOTO
  06 Noyabr 2014    Oxunub:3103
Çeçenistan prezidenti Ramzan Kadırov və Rusiya baş naziri Dmitri Medvedyev ölkə prezidenti Vladimir Putinin portreti fonunda “selfie” çəkdiriblər.
AzVision.az-ın məlumatına görə, sonra rəsmilər bu fotonu “İnstagram” sosial şəbəkəsində paylaşıblar.

“Bizi Dmitri Anatoliviçlə birgə dünyanın ən nüfuzlu insanı, Rusiyanın milli lideri Vladimir Putinin portretinin fonunda “selfie” çəkdirdik”, -deyə Kadırov öz səhifəsində yazıb.



Qeyd edək ki, Məşhur "Forbes" jurnalı Rusiya prezidenti Vladimir Putini dünyanın ən nüfuzlu şəxsi adlandırıb.

Siyahıda ikinci yer Amerika prezidenti Barak Obamaya məxsusdur.

Üçüncü yerdə Çin Xalq Respublikasının sədri Si Szinpin qərarlaşıb. Siyahıda ilk beşliyi Roma papası Fransisk və Almaniya kansleri Anqela Merkel qapayır - müvafiq olaraq 4 və 5-ci yerlər.

Belə olan halda Rusiyanın dövlət başçısı artıq ikinci ildir bu siyahıya liderlik etmiş olur.
Jurnalın siyahısında ümumilikdə 72 nəfər qərarlaşıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti