Sərnişinlərə 6 milyard dollar pul veriləcək

Sərnişinlərə 6 milyard dollar pul veriləcək
  04 Noyabr 2014    Oxunub:1351
Avropa İttifaqı ölkələrinin aviasiya şirkətləri uzaq məsafəli uçuşlar zamanı təyyarələrdə yaranmış texniki problemlərlə bağlı üç saat və ya daha çox ləngimələrlə görə sərnişinlərə 6,22 milyard dollar məbləğində təzminat ödəməli olacaq.

AzərTAc TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Böyük Britaniya alı məhkəməsi bu barədə qərarı aviaşirkətlərlə sərnişinlər arasında dörd il sürən məhkəmə çəkişmələrindən sonra çıxarıb.

Avropa İttifaqında qüvvədə olan qanuna əsasən uzaq məsafəli uçuşlar zamanı təyyarə mənzil başına vaxtdan üç saat gec çatdıqda hər bir sərnişin 752 dollaradək təzminat almaq hüququna malikdir. Lakin bu qanun fövqəladə hallar, o cümlədən pis hava şəraiti, yaxud əməkdaşların tətili səbəbindən baş verən ləngimələrə şamil edilmir.

Qanunun qüvvəyə mindiyi 2004-cü ildən bəri aviasiya şirkətləri ləngimələri müxtəlif adlarla “fövqəladə hallar” sırasına daxil edərək kütləvi şəkildə kompensasiya ödəməkdən imtina etmişdilər. Sərnişinlərin qaldırdıqları məhkəmə iddiaları 6 il ərzində Avropa aviaşirkətləri tərəfindən dondurulmuşdu.

Bu arada Londonun “Daily Mail” qəzeti yazır ki, aviasiya kompaniyaları təyyarə biletlərinin qiymətlərini qaldırmaqla, bu xərcləri gələcək sərnişinlərin üzərinə ata bilər.



Teqlər:





Xəbər lenti