Obamanın reytinqi rekord səviyyədə aşağı düşüb

Obamanın reytinqi rekord səviyyədə aşağı düşüb
  03 Noyabr 2014    Oxunub:1759
ABŞ prezidenti Barak Obamanın reytinqi rekord səviyyədə aşağı düşüb.
AzVision.az xəbər verir ki, “ABC News” telekanalı və “Washington Post” qəzetinin birdə keçirdiyi sorğuya görə, Birləşmiş Ştatlar əhalisinin cəmi 44 faizi Obamanın fəaliyyətini müsbət qiymətləndirir.

2014-cü ilin yanvarında bu göstərici 49, onun ikinci dəfə prezident seçildiyi zaman isə 60 faiz olub. ABŞ-ın yeniyetmə yaşlarında olan əhalisi Obamanın fəaliyyətinə neqativ yanaşır. Bu yaşda olam potensial seçicilərin 53 faizi bu fiklə bölüşür.

Aşağı gəliri olan ABŞ əhalisi təxminən 46 faizi hesab edir ki, ölkə lideri onların problemini anlayır. Elə hu qədər faiz respondent onu güclü lider hesab edir.

Sorğu ABŞ Konqresi seçkiləri ərəfəsində keçirilib. Ekspertlərin fikrincə Obamanın aşağı reytinqlərinə görə, onun partiyası olan Demokrat Partiyası Konqresdəki çoxluğu itirə bilər.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti