Prezident xəstəxanaya yerləşdirildi

Prezident xəstəxanaya yerləşdirildi
  03 Noyabr 2014    Oxunub:1913
Argentina prezidenti Kristina Fernandes de Kirşnir infeksiya nəticəsində yaranan güclü qızdırma ilə bağlı xəstəxanaya yerləşdirilib.
Bu barədə AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir.

“Kristina Fernandes de Kirşnir infeksiya nəticəsində yaranan yüksək qızdırmadan əziyyət çəkir. Bununla əlaqədar prezidentin Otemendi hospitalına yerləşdirmək qərara alınıb. Burada o lazımı müayinə və müalicə prosedurlarından keçəcək”, - deyə prezidentin mətbuat xidmətini yaydığı məlumatda bildirilir.

Qeyd edək ki, ötən ilin sonlarında etibarən Argentina prezidentinin səhhəti ölkə KİV-ində aktiv şəkildə müzakirə olunur. Argentina prezidenti ötən ilin dekabr-yanvar aylarında 4 həftə ərzində keçirilən rəsmi görüşlərə qatılmayıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti