Şəmkirdə bədbəxt hadisə

Şəmkirdə bədbəxt hadisə
  02 Noyabr 2014    Oxunub:1561
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Şəmkir rayonunda 1968-ci il təvəllüdlü İsmayılov Zirəddin Abbasəli oğlu dərinliyi 30 metr olan su quyusuna düşüb. Aldığı bədən xəsarətləri nəticəsində hadisə yerində vəfat etmiş Z.İsmayılovun cəsədi yanğınsöndürən-xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 15:55-də başa çatıb.

AzVision.az


Teqlər:





Xəbər lenti