“İmkan olsa Bakıya gəlməzdim”- millimizin kapitanı

“İmkan olsa Bakıya gəlməzdim”- millimizin kapitanı
  15 Oktyabr 2014    Oxunub:1766
Yığma komanda artıq Bakıya qayıdıb.
AzVision.az-ın ANS tv-ə istinadən məlumatına görə, Xorvatiya ilə oyunda avtoqola imza atan millimizin kapitanı Rəşad Sadıqov bu biabırçılığa görə futbol ictimaiyyətindən üzr istəyib.

Milli komanda Xorvatiya səfərindən başı aşağı, boynu bükük döndü. Təsadüfi deyil ki, yığma üzvləri sürətlə bizdən aralanmağa çalışırdı. Elə qapısında 6 qol görən Kamran Ağayev deməyə söz tapmadı.

Buna baxmayaraq batan gəmini axırıncı tərk edən kapitan danışmağa özündə cəsarət tapdı.

“Xorvatiya oyununa görə bütün Azərbaycan xalqından, futbol ictimaiyyətindən üzr istəyirəm, imkan olsaydı Bakıya gəlməzdim. İşimiz budur məcburuq, qayıdıb gələk, işimizə davam edək” – deyə milli komandanın kapitanı Rəşad Sadıqov qeyd edib.

Milli komanda Avro 2016-nın seçmə mərhələsi çərçivəsində növbəti oyununu noyabrda doğma divarlar arasında Norveçə qarşı keçirəcək.




Teqlər:





Xəbər lenti