Bolqarıstanın enerji balansında Azərbaycan təbii qazının rolu artıb

Bolqarıstanın enerji balansında Azərbaycan təbii qazının rolu artıb
  01 Fevral 2025    Oxunub:346
Bolqarıstanın enerji balansında Azərbaycan təbii qazının rolu artıb.

AzVision.az xəbər verir ki, bu barədə Bolqarıstanın Enerji və Su Tənzimləmə Komissiyasının (EWRC) saytında yerləşdirilən məlumatda deyilir.

Açıqlamada qeyd olunur ki, EWRC fevral ayında təbii qazın qiymətini bir MVt/saat üçün 84,34 lev (45 USD) səviyyəsində müəyyən edib ki, bu da yanvar göstəricisindən 3 % çoxdur.

Qiymətə Bolqarıstan-Yunanıstan qaz kəməri (IGB) vasitəsilə tədarük edilən Azərbaycan təbii qazının bütün müqavilə həcmi daxildir.

Qeyd edək ki, Azərbaycandan Bolqarıstana qaz tədarükü TAP-a birləşdirilən Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) vasitəsilə həyata keçirilir. Azərbaycan qazının IGB vasitəsilə bu ölkəyə tədarükünə 2022-ci ilin oktyabrın 1-dən başlanılıb.

AzVision.az



Teqlər:





Xəbər lenti